Sumqayıtda küçədən meyit tapılıb

Sumqayıtda küçədən kişi meyiti tapılıb.
APA xəbər verir ki, hadisə 18-ci mikrorayonda yol kənarında qeydə alınıb.
1977-ci il təvəllüdlü Anar Famil oğlu İsmayılovun meyitini yoldan keçən sakinlər aşkar edərək, aidiyyatlı qurumları məlumatlandırıb.
Ölümün səbəbləri bilinmir, fakt araşdırılır.