Hacıqabul-Sabirabad yolunda qəzada polis əməkdaşı həlak olub

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, yanvarın 15-də 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlunun idarə etdiyi “Volkswagen Touareg” markalı, 90-GD-390 dövlət qeydiyyat nömrəli avtomobil Hacıqabul-Sabirabad yolunda dəmir arakəsmələrə dəyib. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Davud Məmmədovun Sabirabad RPŞ-nin əməkdaşı olduğu bildirilir.