Sevgilisinə 4 dəfə atəş açdı, İfadəsində "sadəcə zarafat edirdik" deyib

Türkiyənin Bayrampaşa səmtində Eliz K. sevgilisi Nazlı Elmasa uzun lüləli tapança ilə 4 dəfə atəş açıb. Eliz K.-nin polisə verdiyi ifadəsində gənc qadını zarafat edərkən güllələdiyini dediyi öyrənilib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, əldə edilən məlumata görə, dünən saat 23.00 radələrində Altıntepsi məhəlləsində Eliz K. (25) sevgilisi Nazlı Elması (24) uzun lüləli tapança ilə vuraraq ağır yaralayıb.

Nazlı E., xəbər üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları tərəfindən xəstəxanasına aparılıb. 4 güllə ilə vurulan gənc qızın həyati təhlükəsi davam edir.

Polis qruplarının evdə apardığı axtarışla uzun lüləli silah ələ keçirilib, şübhəli Eliz K.isə xəstəxana ətrafında yaxalanıb.

Şübhəli Eliz K. ifadəsində sevgilisi Nazlı Elmasla zarafatlaşarkən səhvən atəş açdığını iddia edib.

O, polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə aparılıb.