İtkin düşən uşaq ölü tapılıb


Vanın İpekyolu məhəlləsində dünən evdən çıxdıqdan sonra xəbər alınmayan 12 yaşlı uşaq ölü tapılıb.

Sherg.az türk  mediasına istinadən xəbər verir ki, Hacıbəkir rayonunda dünən günorta saatlarında evdən çıxan Veysəl Taşardan xəbər ala bilməyən ailəsi onun itkin düşdüyünü bildirib.

Axtarış işləri zamanı uşağın cansız cəsədi məhəllə yaxınlığında tapılıb.

Məhkəmə Tibb İnstitutunda aparılan yarılmadan sonra ailəsinə təhvil verilən uşağın cənazəsi məhəllə qəbiristanlığında torpağa tapşırılıb.

Uşağın ölümü ilə bağlı bir nəfər saxlanılıb.