Barmağı şişdi, üzüyü yanğınsöndürənlər çıxardı

Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda Bakiye Erolun (53) barmağından çıxmayan   qızıl üzük yanğınsöndürənlər tərəfindən kəndirlə çıxarılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki,  Bakiye Erolun taxdığı qızıl üzük günorta saatlarında onun barmağını sıxmağa başlayıb. Üzüyü çıxarmaq istəsə də buna nail ola bilməyən Erol barmağının şişməsi ilə Merzifon Xilasetmə Xidmətinə gedərək kömək istəyib.

Qadının barmağındakı üzük yanğınsöndürənlər tərəfindən iplə  çıxarılıb.

Üzüyü barmağından çıxardıqdan sonra rahatladığını deyən Bakiye Erol xilasetmə qruplarına təşəkkür edib.