Antalya çimərliklərində son 5 gündə 6 cəsəd tapıldı!

Antalyanın Aksu rayonunda 5 ulduzlu otelin çimərliyində kişi meyiti tapılıb. Antalya çimərliklərində son 5 gündə tapılan cəsədlərin sayı 6-ya yüksəlib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, cəsədi saat 10.30 radələrində Aksi Kemerağzı rayonundakı 5 ulduzlu otelin işçiləri çimərlikdə görüblər. Xəbər verildikdən sonra hadisə yerinə sahil mühafizəsi, polis və sağlamlıq qrupları sövq edilib. Müayinədən sonra kişiyə aid cəsəd Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.

Digər tərəfdən ötən çərşənbə günü Antalyanın Alanya və Manavqat çimərliklərində bir uşaq və bir böyük olmaqla cəsəd aşkarlandıqdan sonra dünən Manavqatda 2, Serikdə isə 1 cəsəd tapılıb.

Serikin Kadriye Məhəlləsində tapılan qadın cəsədinin 13 gün əvvəl Antalyada yoxa çıxan Merve Şevval Elmaya (18) aid olması ehtimalı üzərinə İstanbulda yaşayan ailəsi DNT nümunəsi götürmək üçün Antalyaya gəlib.

Son günlər Antalya çimərliklərində sahilə çıxan cəsədlərin qeyri-qanuni mühacir qayığının batması nəticəsində ola biləcəyi düşünülür.