Türkiyədə ilk dəfə ''Albinos çaqqal'' göründü

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, Türkiyədə ilk dəfə "albinos çaqqal" qeydə alınıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Yumaklı sosial media hesabında ölkədə ilk dəfə "Albinos çaqqal"ın görülməsi ilə bağlı paylaşım edib.

Təbiətdə nadir bir hadisənin şahidi olduqlarını bildirən Yumaklı paylaşımına, "Ömrün uzun, yaşıl vətən hər zaman yuvan olsun" qeydini də əlavə edib.

Yumaklı, bu xüsusi və nadir gözəlliyi görən, onu lentə alaraq Təbiəti Mühafizə və Milli Parklar Ümumi Müdirliyi qruplarına təhvil verən təbiətsevər fermer Ramazan Gülə təşəkkür edərək, "Hamımız öz təbiətimizin gözəlliyindən xəbərdar olacağıq və onu qoruyacağıq" deyə  qiymətləndirmə edib.