Heyvanlara qarşı qətliam: Zəhərli toyuq qanadları 

Karabükün bir kəndində çoxlu sayda heyvan tələf olub. Heyvanların zəhərlənərək öldürüldüyü iddia edilib. 4 it, 6 pişik, 4 toyuq, bir xoruz, bir tülkü və bir qarğanın ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Başköydə itlərin öldüyünü görən muxtar Sami Gedik vəziyyəti jandarmaya bildirib. Vətəndaşların heyvanları bir nəfərin zəhərlədiyini və daha çox itkin heyvanların olduğunu iddia etməsindən sonra hadisə yerinə gələn jandarma qrupları ətrafdakı kamera qeydlərini araşdırıb.
Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları heyvanlardan və yemlərindən nümunələr götürərək ölüm səbəblərini müəyyən etmək üçün araşdırmaya başlayıb.
Başköy Muxtarı Sami Gedik, qonşusunun itinin zəhərləndiyini bildikdən sonra vəziyyəti jandarma qruplarına bildirdiyini söyləyib.
“Jandarma vəziyyəti Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qruplarına bildirdi. Komandalar heyvanlardan və onların yemlərindən nümunələr götürdülər. Ölü heyvanlar və zəhərli yeməklər basdırıldı. 4 it, 6 pişik, 4 toyuq, bir xoruz, bir tülkü və bir qarğa ölüb. Hələ müəyyən etmədiyimiz bəziləri var. Təbiətdə bu qidadan yeyib və zəhərlənmiş başqa  heyvanlar da ola bilər. Kənddə 30-a yaxın pişik var idi, dünən bir pişik gördüm. Sabah iti ölən dostumla jandarmaya gedib ifadə verəcəyik”.

Kənd sakinlərindən İsmayıl Aytəkin də naməlum şəxslərin kəndin müxtəlif yerlərində zəhərli toyuq qanadları qoyub getdiyini iddia edib.
 “İtlər qusdu, toyuqlar yedi. Toyuqlar öldü, pişiklər öldü. Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları, araşdırma üçün ölü it və qidadan nümunələr aldı. Mənim itim də zəhərlənib. 4 toyuq və 2 pişiyim öldü”.