Xaçmazda evdə qaz sızmasından partlayış olub, xəsarət alan var

Xaçmaz rayonunun Hülövlü kəndində fərdi yaşayış evində partlayış olub.

APA-nın Şimal bürosu xəbər verir ki, sobadan qaz sızması nəticəsində həmin evdə yaşayan Faiq Məmmədov yüngül yanıq xəsarətləri alıb. Ona Xaçmaz Mərkəzi rayon Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.