Təhlükəli anlar kameralarda: 2 motosikletdə 8 nəfər...

Tokatda Qazi Osman Paşa bulvarında 2 motosikletlə cəmi 8 nəfərin səyahət etməsi diqqət çəkib. Kadrlarda 2 motosikletin bir-birinin ardınca hərəkət etdiyi və hər birində 4 nəfərin olduğu görünür. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, başqa bir avtomobildə olan sərnişin Mustafa Işıkın cib telefonu kamerası ilə lentə aldığı görüntülər təhlükəli vəziyyəti üzə çıxarıb. Kadrlarda 2 motosikletin bir-birinin ardınca hərəkət etdiyi və hər birində 4 nəfərin olduğu görünür. Həmçinin motosikletlərdə olan sərnişinlərin dəbilqə taxmadığı və heç bir təhlükəsizlik tədbiri görmədiyi qeyd edilib.