Rey Kərimoğlu həkim nəzarətindədir -Açıqlama

Qan təzyiqinin normallaşması üçün davamlı müalicə almalıdır.

Hərbi jurnalist, Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, qazi Rey Kərimoğlu xəstəxanaya yerləşdirilib. Məlumata görə, onun qan təzyiqi qəflətən yüksəlib, burnundan qan açılıb. Çağırışa gələn rəcili tibbi yardım heyəti qazinin səhhətinin normallaşması üçün lazımi tibib müdaxilə edib. Lakin b8ir müddət sonra Rey Kərimoğlunun təzyiqi yenidən yüksəlib və onun xəsətxanaya yerləşdirilməsi məsləhət görülüb. 

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırda Reyin səhhəti normaldır, özünü nisbətən yaxşı hiss edir: 
- Şükür, indi yaxşıdır, özünü yaxşı hiss edir.  Həkim nəzarəti altındadır. Qan təzyiqinin normallaşması üçün davamlı müalicə almalıdır.      

A.Əliyev qeyd etdi ki, Rey Kərimoğlu bir neçə gün xəstəxanada müalicə alacaq: 
-Həkimlər xəstəxanada yatmağı məsləhət görüblər. Biz də təkid etdik ki, xəstəxanada həkim nəzarətində qalsın, lazımi  müalicə alsın.