Biləsuvarda ferma ərazisində yanğın olub

Biləsuvar rayonunun Səmədabad kəndində ferma ərazisində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.