İtkin düşən 6 xizəkçidən 5-nin meyiti tapılıb

Ötən gün İsveçrə Alp dağlarında yoxa çıxan 21-58 yaş arası 6 xizəkçinin axtarışları nəticə verib. İtaliya sərhədindəki Tete Blanş dağının yaxınlığında itən 5 xizəkçinin cəsədi tapılıb.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, Səlahiyyətlilər itkin düşən xizəkçinin axtarışlarının davam etdiyini bildirib. İsveçrənin Valais bölgəsindəki Zermatt şəhərinin havadan xilasetmə xidmətinin direktoru Anjan Truffer vurğulayıb ki, çox güclü küləklər, yüksək uçqun təhlükəsi və görüntünün sıfır olduğu bölgədə havadan axtarış və xilasetmə işləri mümkün deyil.
Xizəkçilərin uçqun altında qalmaqdansa, pis hava şəraitinə yenik düşmüş ola biləcəyini ifadə edən Truffer, "Çünki onlar uçqun riski az olan Zermatt Arolla yolunda itiblər" deyib.
Qrupdan gələn son siqnalın gecə saatlarında qeydə alındığını bildirən Truffer, siqnalın şifahi olmadığını, xilasetmə qruplarına yerləri ilə bağlı məlumat verdiyini bildirib.