Yanvarın 7-də Antalyanın Qazipaşa səmtindəki evində Başından güllə yarası ilə ölü tapılan Diş Həkimi Mustafa Kalaycının ölümü ilə əlaqədar Gazipaşa Respublika Prokurorluğunun koordinasiyasında Antalya İl Təhlükəsizlik Müdirliyi, Asayiş Şöbə Müdirliyi və Cinayət Büro Komandirliyi qrupları tərəfindən şübhəlilərə qarşı əməliyyat keçirilib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, cümə günü nəzarətə alınan Kalaycının həyat yoldaşı, A.K və F.U adlı qadın və M.K adlı kişi polisin sıx təhlükəsizlik tədbirləri altında Qazipaşa Ədliyyəsinə gətirilib. 2-si qadın olmaqla 3 nəfər hakim qarşısına çıxacaq.
Qeyd edək ki, hadisə yanvarın 7-də İstiqlal rayonu, Rasih Kaplan küçəsində yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib. Əldə edilən məlumata görə , yaxınları Diş Həkimi Mustafa Kalaycıla əlaqə saxlaya bilmədikləri üçün polisə xəbər veriblər. Polis qrupları Kalaycının yaşadığı binaya gələrək qapını bağlı tapdıqları üçün çilingərdən kömək istəyib. Çilingərin köməyi ilə içəri girən polis qrupları Kalaycını başından güllə yarası ilə ölü tapıb. Hadisə yerinə sövq edilən sağlamlıq qrupları Kalaycının öldüyünü təyin edib. Növbətçi Respublika Prokurorunun müayinəsindən sonra Kalaycının cansız bədəni cənazə maşınına aparılaraq Qazipaşa Dövlət Xəstəxanasının meyitxanasına yerləşdirilib.