Türkiyədə ardıcıl 2 zəlzələ

Türkiyənin 2 şəhərində zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, saat 07.03-də Malatyada və 07.26-da Adıyamanda 3,5 bal gücündə iki zəlzələ baş verib.
Malatyanın Yeşilyurt rayonunda qeydə alınan zəlzələnin dərinliyi 6,61 km-dir.
Adıyamanda 3,5 bal gücündə baş verən zəlzələnin dərinliyinin 6,75 km olduğu açıqlanıb.