Kanada Ukraynaya bu qədər hərbi yardım göndərəcək

Kanada hökuməti Çexiya təşəbbüsü çərçivəsində Ukrayna üçün mərmilərin alınmasına 40 milyon Kanada dollarından (29,5 milyon ABŞ dolları) çox vəsait ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib.

Bundan əlavə, o, 7,5 milyon Kanada dolları (5,5 milyon dollar) dəyərində gecəgörmə cihazlarının böyük partiyasının və Kanada istehsalı olan 800-dən çox pilotsuz uçuş aparatının təhvil veriləcəyini açıqlayıb.

"[Dronların] ilk partiyası yaxın həftələrdə təhvil veriləcək", - deyə U.Bleyr qeyd edib.