Xanım politoloq: Trampın yenidən seçilməsi ABŞ-nin müttəfiqlərini narahat edir
Yusif Sultanoğlu
10:10 24.03.2024
Aktual
794
Donald Trampın Ağ Evə mümkün qayıdışı fonunda NATO və AUKUS "sağ qalmaları" üçün özlərini daha yaxşı formaya salmalıdırlar.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.
“Bizim edə biləcəyimiz ən yaxşı şey bu ittifaqları qurmaq, bu layihələri mümkün olan ən yaxşı formada icra etməkdir ki, kim yeni prezident olarsa, onların çox uğurlu tədbirlər toplusu ilə işlədiyini görsün”, - Kemeron deyib.
Kemeronun fikirlərinə münasibət bildirən politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Amerikada keçirələcək növbəti prezident seçkilərində 45-ci prezident Donald Trump ən güclü namizəd hesab olunur:
“Xüsusilə də, onun rəqibi olaraq Co Baydenin prezidentliyi dövründə beynəlxalq sistemdə baş verən hadisələr fonunda həm onun şəxsi nüfuzunun, həm qlobal güc olaraq ABŞ-nin nüfuzunun kifayət qədər aşağı düşməsi reallığı da Trumpın namizədliyini gücləndirən əsas faktorlardan sırasında qeyd oluna bilər. Təbii ki, Trumpın xarici siyasət prioritetləri və təhlükəsizlik siyasəti ilə bağlı kifayət qədər populist yanaşmaları və fərqli baxışları da istisna olunmamalıdır. Həmçinin onun prezidentliyi dövründə atdığı kifayət qədər radikal addımlar onu deməyə əsas verir ki, Trump asan proqnozlaşdırıla bilən bir siyasətçi deyil və o Amerika siyasəti ilə bağlı bütün doqmaları alt-üst edə bilər. Yəni ənənəvi yanaşmalara əsasən Amerikanın siyasəti hakimiyyətdə kimin olmasından asılı olmayaraq siyasi institutların formalaşdırdığı maraqların təmin olunmasını hədəfləyir və şəxslər yalnız taktiki dəyişikliklər edə bilirdisə, Trump ümumiyyətlə maraqlar nisbətində prioritetlərin yenidən formalaşdırılmasına cəhd edərək yeni qaydalar yaratmağa nail olmuşdu. Ona görə də, onun növbəti dəfə prezident seçilməsi ehtimalı başda Böyük Britaniya olmaqla Amerikanın müttəfiqlərini və strateji tərəfdaşlarını narahat edən əsas məqamlardan biri olaraq dəyərləndirilə bilər”.
Qeyd edək ki, D.Tramp NATO ilə bağlı dəfələrlə tənqidi fikirlər səsləndirsə də, AUKUS-la (Avstraliya, İngiltərə və ABŞ ittifaqı) bağlı hər hansı mənfi çıxış etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət
Hamı səfərbər oldu: 4 yaşlı Kürşat üçün kənd yolu asfaltlandı
10:30 01.10.2026
Maraqlı