Ədliyyə naziri icra məmurlarına tapşırıqlar verib
15:10 30.03.2024
Gündəm
537
Ədliyyə Nazirliyində icra xidmətinin yerli qurumlarının rəhbərləri ilə müşavirə keçirilib.
"Report" xəbər verir ki, müşavirədə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədalət mühakiməsinin həyata keçirilməsində və vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının əhəmiyyətini qeyd edib, icra işinin yeni tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülən tədbirlər, o cümlədən icra məmurlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər barədə məlumat verib.
Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə rəqəmsal innovasiyaların, o cümlədən “Elektron icra” informasiya sisteminin tam tətbiqi ilə bağlı məsələlər müzakirə olunub, onun yeni versiyasının hazırlandığı bildirilib.
İclasda icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, onlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə, əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi və s. ilə bağlı konkret tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi