“Aleynadan uzaq dur” -Yunus Əmrə xanımının sözünü dinləmədi
Yusif Sultanoğlu
06:08 31.03.2024
Şou
779
Türkiyənin TV8 kanalında yayımlanan və baxış sayı milyonları aşan “Survivor All Star 2024”-ün populyar iştirakçıçı Yunus Əmrə Özdənə, həyat yoldaşı Beria Özdən "Aleynadan uzak dur" xəbərdarlığı edib.
“Sherg.az” “Milliyyet.com.tr”yə istinadən xəbər verir ki, yarışmada adı ələnənlər siyahısına yazılan Aleyna Kalaycıoğlu isə digər 3 qadın namizədlə təkbətək yarışa çıxıb və bu yarış onun üçün çox çətin keçib. Oyunu uğursuz alınan Aleynaya Yunus Əmrənin söylədiyi sözlərsə diqqət çəkib. Bundan əvvəl yarışmanın növbəti bölümlərindən birində ailələrlə telefon bağlantısı yaratmaq mükafatını qazanan komanda üzvü kimi Yunus Əmrə həyat yoldaşı ilə canlı bağlantıya qoşulub. Bu zaman həyat yoldaşı ona “Aleynadan uzaq dur” mesajı verib. Beria Özdənin “Aleyna” şübhəsinə səbəbsə Yunus Əmrənin bu xanım yarışmaçı ilə səmimi münasibətləri olub. Lakin həyat yoldaşının xəbərdarlığına baxmayaraq, Yunus Əmrə Aleynadan uzaq durmur. Hətta konseydə ondan irəlidə əyləşmiş Aleynanın çiyninə toxunaraq zarafat edib. Bunun ardınca Beria Özdən sosial media hesabında Yunus Əmrənin adını silib, profildəki birgə fotolarını çıxarıb. Xanım iştirakçılar arasında gerçəkləşən duel yarışı zamanı isə Aleyna Yunus Əmrəni ona dəstək verməməkdə suçlayıb. Aleynanın “heç səsin çıxmır” iradı qarşısında “sən 3 mərhələdə yox kimi idin, heç görünmədin, oyun sərgiləyə bilmədin. Burdan çığırıram, eşitmirsən”, deyib. Ələnmə gecəsində isə Yunus Əmrə Aleynanı ələ salaraq “bax ha, hava limanında Beria gözləyir”, deməsi üzərinə sosial mediadan təpkilər alıb. İzləyicilər “Yunus xanımından qorxdu. Bir daha Aleynaya yaxınlaşma” mesajları yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi