Dəliyə döndü, bütün ailəsini qətlə yetirdi

Sosial mediada "Ayoka" kimi tanınan Amerika astrologiya fenomeni Danielle Conson bazar ertəsi Şimali Amerikada günəş tutulmasından bir neçə saat öncə 29 yaşlı ərini bıçaqlayaraq öldürüb. 
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, daha sonra Conson hər iki uşağını maşınla qaçıraraq səfər zamanı onları maşından atıb.
Doqquz yaşlı qızı sağ qalıb, ancaq səkkiz aylıq körpəsi isə ölü tapılıb.
Dəli olan qadın daha sonra avtomobilini yolun kənarındakı ağaca çırparaq intihar edib.