Yoldan keçən maşınlara “silah” tuşladı: DİN-dən açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycanda bir nəfərin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.
Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar.

Hadisə ictimaiyyət tərəfindən etirazlara səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:

“Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin psixi problemləri olan şəhər sakini Ə.Gülməmmədovun olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb.


Polis həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib”.
Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Sosial şəbəkələrdə Azərbaycanda bir nəfər şəxsin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.

Oyuncaq olması ehtimal edilən silahı hərəkətdə olan nəqliyyat vasitələrinə tuşlayan şəxs narahatlığa səbəb olub.

Ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:

“Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin əqli qüsurlu şəhər sakini Ə.Gülməmmədov olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb”
Please open Telegram to view this post
VIEW IN TELEGRAM