76 pişiyi öldürdü, 14 ay həbs aldı

Cənubi Koreyanın Changwon Rayon məhkəməsində heyvanların rifahı qanununu pozduğu deyilən 20 yaşlarında adı açıqlanmayan bir kişinin 76 pişiyi öldürmək ittihamı ilə mühakimə olunduğu işə baxılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, son illərdə ölkədə baş verən ən dəhşətli heyvan vəhşiliyi hadisəsində sözügedən şəxs bəzi pişiklərin avtomobilini qaşımasından sonra bu heyvanlara qarşı dərin nifrət hiss etməyə başladığını bildirib.

Məhkəmə bu şəxsi 2022-ci ilin dekabrından 2023-cü ilin sentyabrına qədər küçələrdən topladığı və onlayn saytlardan pulsuz olaraq övladlığa götürdüyü pişiklərə işgəncə verib öldürməkdə təqsirli bilib.

Məhkəmənin hökmü ilə eyni cinayəti planlı və amansızlıqla dəfələrlə törədən şəxs 14 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər tərəfdən, təqsirkar şəxs məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Cənubi Koreya Beynəlxalq Humanitar Cəmiyyətinin direktoru Borami Seo mövzu ilə bağlı verdiyi açıqlamada, sözügedən cəzanın cəmiyyətin heyvanların rifahı ilə bağlı artan narahatlığını və bu cür mənasız qəddarlığa reaksiyasını əks etdirdiyini bildirib.