Təcili yardım helikopteri 14 yaşlı uşaq üçün havaya qalxıb

Antalyanın Alanya rayonunda çoxlu həb içən 14 yaşlı qız təcili yardım helikopteri ilə xəstəxanaya aparılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 14 yaşlı S.S. yaxınları tərəfindən Alanya Təhsil və Araşdırma xəstəxanasına aparılıb.

İlkin tibbi yardım alan S.S.-in göçürülməsinə qərar verilib. S.S. təcili yardımla Kızılcaşehir rayonundakı helikopter meydançasına gətirilib.

Buradan təcili yardım helikopteri ilə Akdeniz Universiteti xəstəxanasına köçürülən S.S. reanimasiyada müalicə olunub.