COP29 çərçivəsində AİİB-lə tərəfdaşlıq imkanları müzakirə edilib
COP29 çərçivəsində AİİB-lə tərəfdaşlıq imkanları müzakirə edilib
14:10 07.06.2024
İqtisadiyyat
787
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Lyudqer Şuknextlə görüşüb.
Bu barədə Nazirlikdən bildirilib.
Görüşdə Azərbaycanın Banka üzv olduğu 2016-cı ildən səmərəli əməkdaşlığın davam etdiyi vurğulanıb. Bankın üzv ölkələrin infrastruktur baxımdan inkişafına verdiyi dəstək qeyd olunub. Dayanıqlı inkişafın təmin olunması, o cümlədən “yaşıl iqtisadiyyat”a keçid, “yaşıl enerji”nin təşviqi, həmçinin COP29-a hazırlıq çərçivəsində ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. COP29 çərçivəsində birgə iş və tərəfdaşlıq imkanları müzakirə edilib. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.
Lyudqer Şuknext Bankın Azərbaycanla uğurlu tərəfdaşlıq etdiyini bildirib. AİİB-nin Asiya regionunda iqtisadi artımın stimullaşdırılması, iqlim siyasətinə əsaslanan maliyyələşdirmə aləti, az inkişaf etmiş üzvlər üçün nəzərdə tutulan xüsusi fond pəncərəsi barədə məlumat verib. Bankın işbirliyi çərçivəsində maraq göstərdiyi yeni istiqamətlər barədə fikirlərini bölüşüb.
Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini nəzərdən keçiriblər. AİİB tərəfindən son dövrlərdə həyata keçirilən strategiyalar və nəzərdə tutulan tədbirlər, Azərbaycanda Bankın fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
02:49 23.09.2026
Cəmiyyət
"Yuventus" cərimələndi - Səbəb
02:12 23.09.2026
Futbol
Paşinyan bu türk ölkəsinə səfər edəcək
01:22 23.09.2026
Cənubi Qafqaz
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilib
01:01 23.09.2026
Siyasət
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm