Məşhur rəssam  həyat yoldaşının ölümündən saatlar sonra intihar edib

Fransız heykəltəraş, qrafika və plastika rəssamı Ben Vautier 60 illik həyat yoldaşının ölümü ilə sarsılıb. 

Sherg.az xəbər verir ki, dünya məşhur rəssam Ben Vautierin ölümündən danışır. Müasir sənətə qayğısız yanaşması ilə tanınan fransız sənətçinin həyat yoldaşının ölümündən bir neçə saat sonra 88 yaşında dünyasını dəyişdiyini ailəsi açıqlayıb.

Vautierin həyat yoldaşı insult keçirdikdən iki gün sonra bazar ertəsi ölüb. Sənətçinin ailəsindən bildirilib ki,  onsuz yaşaya bilməyən və istəməyən Ben də bir neçə saat sonra Fransanın cənubundakı evində intihar edib.

İsveçrə əsilli fransız rəssamı  Benjamin Vautier Ben təxəllüsü ilə tanınırdı. Cütlük 1960-cı illərdə evlənib və iki övladları var.