
Münasibətlər “qırmızı xətt”ə yaxınlaşır: Rusiya Ermənistana qarşı kəskin addımlar atacaq -ŞƏRH
09:34 14.06.2024
Dünya
467
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib ki, Ermənistanın KTMT-dən çıxmaq qərarı ölkənin yenidən Qərbə istiqamətlənməsidir: “Paşinyan öz kursu ilə gedir və bu, tamamilə göz qabağındadır. Ermənistan hökumətinin oriyentasiyasının bütün ictimai əlamətləri 2022-ci ilə aid olsa da, Paşinyanın gəlişi əvvəldən Ermənistanı Qərbə yönləndirmək ideyalarından ilhamlanıb. Paşinyanın uduzduğu Qarabağ müharibəsindəki məsuliyyəti, eləcə də “Qarabağ xalqı”nın gələcək taleyinə dair məsuliyyəti Rusiyanın üzərinə atması da ümumi planın həlqəsi idi”.
Zatulin əlavə edib ki, Rusiya Paşinyanın siyasətinə əhəmiyyət verməməyə çalışaraq çox şey itirib: "Dəfələrlə xəbərdarlıq etmişəm ki, Paşinyanı sakitləşdirmək, ona fikir verməyərək İrəvan hökuməti ilə əməkdaşlıq imkanlarına inanmağa davam etmək bizim zəifliyimiz və ya anlaşılmazlığımız kimi qəbul edilir. Ermənistanın vətəndaş cəmiyyəti ilə hansısa ünsiyyət kanalını saxlamaq üçün məhz 2018-ci ildə Paşinyanın gəlişindən sonra “Lazerev klubu”nu yaratdıq. Ermənistanda hələ də Rusiya ilə münasibətlərə inananlarla hansısa telləri, müəyyən əlaqəni saxlamaq üçün alovu yandırmağa çalışırıq. Ancaq Rusiyanın indiyə qədərki rəsmi kursu kiminsə təqdir edəcəyi ümidi ilə Ermənistanda baş verənlərə tamamilə qarışmamaq, erməni müxalifəti ilə əlaqələri gücləndirməkdən çəkinmək olub. Bu yolda heç nə qazanmamışıq, sadəcə itirmişik”.
Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Konstantin Zatulinin fikirləri hər zaman təzadlı olub:
"Uzun müddət ermənipərəst mövqe nümayiş etdirən Zatulin bu gün sanki cild dəyişib. Bu səbəbdən o, Ermənistanda arzuolunmaz şəxs kimi qəbul olunur. Zatulinin rəsmi İrəvanın Qərbyönümlü siyasətinə, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılmaq üçün cəhdlərinə qarşı kəskin fikirlər səsləndirməsi qarşıdakı dövrdə Rusiyanın Ermənistana qarşı daha sərt və kəskin addımları ata biləcəyini göstərir".

Ekspert əlavə edib ki, Ukraynadakı müharibə Kremlin Ermənistana qarşı kəskin addımlar atmasının qarşısını alır:
"Hazırda Kreml diqqətini Ukraynaya yönəltməklə digər problemləri görməzdən gəlir. Paşinyan hökuməti də bundan istifadə edərək Rusiyadan uzaqlaşmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm