Mixail Qaluzin: Qərb Ermənistandan hibrid müharibə aləti kimi istifadə edir
Yusif Nəzərli
08:07 18.06.2024
Siyasət
484
Vaşinqton və Brüssel postsovet ölkələrinə böyük təzyiq göstərir, onların Rusiya ilə qarşılıqlı əlaqələrini məhdudlaşdırmağa çalışır.
APA-nın Moskva müxbiri xəbər verir ki ki, bunu “Komsomolskaya Pravda“ qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, buna ən yaxşı nümunə Ukraynadır.
Qaluzin Ermənistanla münasibətlərə də toxunub:
“Biz Ermənistanla əlaqələri səmimiyyətlə qiymətləndiririk, onları qarşılıqlı hörmət və qarşılıqlı faydalı şəkildə qurmağa çalışırıq”, - deyə rusiyalı diplomat bildirib.
O hesab edir ki, Qərb əksinə, “Ermənistandan Rusiya və Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibə aləti kimi istifadə etməyə” çalışır.
Rusiya xarici işlər nazirinin müavini KTMT haqqında da danışıb və qeyd edib ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün başqa effektiv alternativ mexanizm yoxdur.
“İrəvanın KTMT-nin işində tam şəkildə iştirakı erməni xalqının istəklərinə uyğundur və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması işinə xidmət edir”, - deyə rusiyalı diplomat qeyd edib.
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial