Bakıda hotelin qarşısında mikroavtobus yanıb

Paytaxtın Nərimanov rayonunda hotelin qarşısında mikroavtobusda yanğın olub, yolda sıxlıq yaranıb.

Bu barədə “Sherg.az”a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısıda mirkoavtobusda yanğın baş verib. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.