Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edildi

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.