Salyanda yük maşınının altında qalan usta ölüb

Salyanda yük maşınının altında qalan usta ölüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman həmi avtomobili digər avtomobil vurub. Nəticəsində təmir etdiyi avtomobil üzərinə düşən Vüsal Sadıqov ölüb.

Faktla bağlı araşdırma aparılır.