46 yaşlı kişi dənizdə batıb

Qazaxın Daşsalahlı kənd sakini Xəzər dənizində boğularaq ölüb.
APA xəbər verir ki, hadisə Yaşma bağları ərazisində qeydə alınıb.
1978-ci il təvəllüdlü Hümbət İcazə oğlu Əhmədovun meyiti dənizdən çıxarılaraq təhvil verilib.
Fakt araşdırılır.