Pakistanda dəhşətli istilər: 29 nəfər ölüb

Pakistanın Sind əyalətinin Kəraçi şəhərində həddindən artıq istilər səbəbindən 29 nəfərin öldüyü bildirilib.
Sherg.az xəbər verir  ki, ölkədəki yardım təşkilatlarının rəsmiləri son 3 gündə həddindən artıq istilər nəticəsində həyatını itirən 29 nəfərin cəsədinin Kəraçi şəhərinin müxtəlif yerlərindən tapıldığını açıqlayıb.
Yüzlərlə insan ağır vəziyyətdə  şəhərdəki xəstəxanalara aparılıb.

Digər tərəfdən, ölkənin ən böyük yardım təşkilatlarından biri olan Edhi Vəqfinin rəsmisi Faysal Edhi  həddindən artıq istilərdə həyatını itirənlərin sayının daha çox olduğunu bildirib.

Edhi son günlərdə təşkilatın Karaçidəki meyitxanalarına həddindən artıq istilər səbəbiylə öldüyü güman edilən yüzlərlə adamın gətirildiyini, həkimlərin diaqnoz qoymadan ölümlərin səbəbinin tam olaraq nə olduğunu  bilmədiklərini ifadə edib.