Biləsuvarda ağır qəza: 10-dan çox sərnişin...

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sherg.az Report-a istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı mikroavtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.