BP “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti ilə bağlı yeni müqavilə bağlayıb
13:03 11.07.2024
İqtisadiyyat
725
BP Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə bağlandığını elan edib.
Bu barədə "Sherg.az" a şirkətdən bildirilib.Dəyəri 300 milyon dollardan artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları olan“BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb.
Müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilib və bp-nin və tərəfdaşlarının Xəzərdə öz dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur.
Müqavilənin iş həcminə daxildir: “Xankəndi” gəmisinin ümumi operatorluğu və gəmiyə texniki xidmət, sualtı tikinti və quraşdırma fəaliyyətləri, sualtı müayinə, texniki xidmət və təmir işləri, bp-nin idarə etdiyi bütün obyektlər, sualtı boru kəmərləri və hasilat sistemi infrastrukturlarında ilk cavab tədbiri imkanının təmin olunması, habelə yataqların istismar müddətində tələb olunan xidmətlər üçün dəniz bazası dəstəyi.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda layihələr üzrə vitse-prezidenti Kahal Kelli: “İki ildən artıq davam edən bu mürəkkəb tender prosesini uğurla başa çatdırmağımızdan çox məmnunuq. Bu müqavilə bp və tərəfdaşlarının məhz vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülüb. Bu o deməkdir ki, bundan sonra “Xankəndi” gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işlərimiz və fövqəladə hallara cavab tədbirlərimiz üçün əsas gəmi kimi istifadə olunacaq və bu da əməliyyatlarımızı daha təhlükəsiz və daha səmərəli edəcək. Bu geniş tender əməliyyatının aparılmasında və uğurla başa çatdırılmasında iştirak edən bütün insanlara minnətdarlığımı bildirir və çəkdikləri zəhmətə görə təşəkkür edirəm.”
Müqavilə ilkin olaraq üç il müddətinə (əlavə iki ilədək uzadılma imkanı ilə) imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual