İldırım vurması nəticəsində 63 nəfər ölüb


Hindistanın Uttar Pradeş və Bihar ştatlarında ildırım vurması nəticəsində 63 nəfər ölüb.


Sherg.az xəbər verir ki, Hindistan Meteorologiya Departamentinin (IMD) verdiyi məlumata görə,  çərşənbə və cümə axşamı günləri Uttar Pradeş ştatının 10 rayonunda və Biharın bir neçə bölgəsində çoxlu ildırımlar baş verib.

Uttar Pradeşdə ən azı 43, Biharda isə 20 nəfər ildırım vurması nəticəsində həlak olub.

Səhiyyə rəsmiləri həmçinin Bihar əyalətində 40 nəfərin yaralandığı barədə məlumat paylaşıblar.

Meteoroloqlar musson aylarında bu qədər güclü ildırım çaxmasının qeyri-adi olduğunu vurğulasa da, IMD çərşənbə günü təkcə Hindistanda deyil, yaxın bölgələrdə, o cümlədən Benqal körfəzi və Ərəbistan dənizində 240 min ildırım hadisəsinin olduğunu açıqlayıb. 

IMD yaxın beş gün ərzində Hindistanın cənub-qərbində və şimal-şərqində güclü yağışların olacağı barədə xəbərdarlıq edib.

*Xəbərin vizualı AP tərəfindən təqdim olunub və təmsilçi xarakter daşıyır.