10 aylıq körpənin boğazında sancaq aşkarlandı

Ankarada uşaq ucu açıq sancağı udaraq az qala öləcəkdi.

Sherg.az xəbər verir ki, hadisə bu yaxınlarda paytaxt Ankarada baş verib.

10 aylıq qız uşağı evdə olarkən qəfildən qusmağa başlayıb.

Bu vaxt ana körpənin yaxasına taxılan dua sancağının olmadığını görüb. Bu vəziyyətdən sonra ailə xəstəxanaya müraciət edib.

Təcili yardım otağında körpənin döş qəfəsinin rentgeni çəkilib.

Döş qəfəsinin rentgenoqrafiyasında ucu açıq olan sancağın yemək borusunun yuxarı hissəsini bağladığı görünüb.

Həkimlər dərhal 10 aylıq körpəni əməliyyat otağına aparıblar.

Bədbəxt körpə endoskopiya vasitəsilə xilas edilib.