Bakıda autizm spektr pozuntusu olan uşaq itkin düşüb

Bakıda autizm spektr pozuntusu olan 7 yaşlı uşaq itkin düşüb.


APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində yaşayan 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.