Sabirabadda hovuz uçub, qadın dağıntı altında qalaraq ölüb

Sabirabadda 65 yaşlı qadın yeni tikilmiş hovuzun uçması nəticəsində ölüb.

Sherg.az APA-ya istinadən xəbər verir ki, hadisə Qurban Namazəliyev küçəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Hüseynova Xuraman Fazil qızı yaşadığı evin həyətində tikintisi hadisədən iki gün öncə başa çatdırılmış içərisi su ilə dolu hovuzun uçması nəticəsində qalıqlar altında qalaraq ölüb.

Fakt araşdırılır.