9 aylıq körpənin üzərinə qəhvə töküb QAÇDI

Körpənin dəri transplantasiyası üçün 100 min dollar yardım toplanıb 

Avstraliyanın Kvinslend ştatının Brisben şəhərindəki parkda baş verən hadisə milli xəbərə çevrilib.
Sherg.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, əcnəbi kişi piknik edən ailəyə yaxınlaşaraq, əlindəki isti kofeni 9 aylıq körpənin üzərinə töküb və sonra hadisə yerindən qaçıb.

Kvinslend polisi 33 yaşlı təcavüzkar haqqında həbs qərarı çıxarıb. Körpənin üzündə və bədənində "ciddi yanıqlar" yaranıb. 33 yaşlı təcavüzkarın 6 gün sonra ölkədən qaçdığı müəyyən edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

İstintaqı aparan müfəttiş Paul Dalton açıqlamada olayın indiyə qədər gördüyü "ən mürəkkəb və sinir pozucu" hadisə olduğunu ifadə edib. O, hücum edənin şəxsiyyətinin müəyyən edildiyini və onun hansı ölkəyə qaçdığının da müəyyən edildiyini bildirib. 
Təcavüzkarın ölkədən qaçdığı müəyyən edildikdən sonra Avstraliya polisi digər ölkələrdən dəstək istəyib.
Dalton qeyd edib ki, hücum edən şəxs 2019-cu ildən Avstraliyaya səfər edib və Yeni Cənubi Uels və Viktoriyada yaşayış yeri haqqında məlumat var.
Qurbanın ailəsi açıqlamasında bildirib ki, körpənin dəri transplantasiyasına ehtiyacı ola bilər. Körpə üçün açılan yardım səhifəsindən indiyə qədər 100 min dollar yardım toplanıb.