Burası İstanbul: Kəndirin üstü ilə  Asiya yaxasından Avropa yaxasına keçdi

İstanbulda 15 İyul Şəhidlər Körpüsündə bir nəfərin rekord cəhdi maraqla izlənilib. Estoniyalı akrobat Yan Ruz 165 metr yüksəklikdən Asiyadan Avropaya keçməyə başlayıb.
Sherg.az xəbər verir ki, boğazdakı 15 İyul körpüsündə iki qitə arasında uzanan polad məftil üzərində 165 metr yüksəklikdə edilən rekord cəhd insanı heyran edib.

Estoniyalı Jan Ruz İstanbulda Bosfor boğazını ip üzərində gəzərək Asiyadan Avropaya keçən ilk insan olmağı hədəfləyib.

İki qitə arasında uzanan 165 metr hündürlükdə kəndir üzərində yeriyərək qitələri dəyişməyi planlaşdıran akrobatın rekord cəhdi maraqla izlənilib...Nəhayyət ip üzərində  gəzintisi saat 18.00-da başlayıb, 19.00-da başa çatıb. Jan Ruz ip üzərində gəzərək 1 saata Asiya yaxasında Avropa yaxasına keçməyi bacarıb.