Türkiyə vətəndaşı olan TIR sürücüsü Bakı-Quba yolunda ölüb

Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb.

APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.

Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.

Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.