Xəstəxanaya aparılan hamilə qadın yolda ölüb

Sabirabad rayonunda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, rayonun Bala Həşimxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Qızqayıt Sərraf qızı Məstalıyeva xəstəxanaya aparılarkən qıcolmadan yolda dünyasını dəyişib.

Qadının hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.