43 ildə 12 dəfə boşandılar: Dul pensiyası olaraq 326 min avro qazandılar

Avstriyada bir cütlük pensiya sistemini aldatmaq üçün 43 il ərzində 12 dəfə boşanaraq evlənib. Ümumilikdə 326 min avro qanunsuz qazanc əldə edən cütlük haqqında istintaq başladılıb.

Sherg.az xəbər verir ki, ümumilikdə 13 dəfə evləndiyi iddia edilən qadın 1981-ci ildə birinci ərinin ölümündən sonra dövlətdən “dul pensiyası” almağa başlayıb, daha sonra bir il ərzində özündən bir neçə yaş kiçik olan ikinci həyat yoldaşı  ilə evlənib. .


Altı il sonra ərinin yük maşını sürücüsü olaraq işləməsi səbəbiylə "düzəlməz şəkildə zədələnən" evliliklərini bitirdiyi və bu ayrılıq ilə hər yeni evlilik təxminən üç il davam edən bir evlilik-boşanma dövrü başladığı öyrənilib.

Müstəntiqlərə görə, cütlük əslində bütün proses boyunca birlikdə yaşamağa davam edib. Lakin onlar formal olaraq ayrılıb barışmaqla Avstriyanın pensiya sığorta sistemini aldadıblar.

Qanuna görə, qadın hər boşandığı zaman dul pensiya almağa davam edirdi və evləndiyi hər yeni həyat yoldaşı üçün 27 min avro təzminat tələb edə bilərdi. İllərdir bu üsulla pul qazanan cütlüyün ümumilikdə 326 min avro qazandığı məlum olub.


 
Pensiya fondu bu dəfə vəsaiti ödəməkdən imtina etdikdə cütlük məhkəməyə müraciət edir, lakin Avstriya Ali Məhkəməsi mart ayında cütlüyün qanunun boşluqlarından istifadə etməsinin ədalətsiz olduğuna dair qərar verib.

Məhkəmədən sonra polis cütlük haqqında "ciddi fırıldaqçılıq"da ittiham edərək istintaqa başlayıb. Maraqlıdır ki, onların 12-ci boşanması səlahiyyətlilər tərəfindən tanınmadığı üçün cütlüyün hələ də rəsmi nikahlı hesab edildiyi öyrənilib.