
Tramp administrasiyasının fəaliyyət dövrü İran üçün gərginliklər yaradacaq - ŞƏRH
Yusif Nəzərli
14:26 03.01.2025
Siyasət
616
ABŞ Prezidenti Donald Trampın Qasım Süleymanini öldürtməsi Suriya Prezidenti Bəşər Əsədin devrilməsinə səbəb olub.
"Azad İran" Teleqram kanalı bildirib ki, bunu Böyük Britaniyanın keçmiş təhlükəsizlik naziri Tom Tugendat deyib.
“Donald Trampın əmri ilə İranın elitar komandiri Qasım Süleymaninin öldürülməsi Bəşər Əsədin devrilməsi ilə nəticələndi. Hadisələrin davam etməsi İranın da süqut etməsinə səbəb olacaq”, – sabiq nazir deyib.
Politoloq Aytən Qurbanova "Sherg.az"a bildirib ki, Trampın ikinci prezidentliyi dövrü İran üçün çox asan olmaya bilər:
"ABŞ-nin yeni seçilmiş Prezidentinin seçkiqabağı təşviqat dövründəki çıxışları da bunu deməyə əsas verir. Xüsusilə də, onun birinci prezidentlik dönəmində İrana qarşı kifayət qədər radikal mövqedən çıxış etməsi növbəti mərhələdə də eyni ritorikanın davam edəcəyi ilə bağlı ehtimalları gücləndirir. Amma İranın parçalanmasından daha çox zəiflədilmiş və tabe edilmiş İran Amerika üçün başlıca hədəf olaraq ifadə edilə bilər. Çünki ənənəvi ABŞ siyasətində hədəf dövlətin asılı hala salınması onun parçalanmasından daha çox vacibdir. Tarixi analoji hadisələr də bu yanaşmanı dəstəkləyir. Ona görə də, ehtimal etmək çətin deyil ki, İran üçün Tramp administrasiyasının fəaliyyət dövrü kifayət qədər gərgin şəraitdə keçəcək. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda İranın Şərq blokuna inteqrasiyasının daha da sürətlənəcəyi və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi cəhdlərinin davam edəcəyi ehtimalları da istisna edilmir".

Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, Donald Trampın Qasım Süleymanini öldürtməsi prosesin tərkib hissəsi idi:
"Amma nə dərəcədə həlledici olmasını sonrakı hadisələr göstərdi. Çünki HƏMAS, Hizbullah və Həşdi Şabinin, o cümlədən paralel şəkildə Fələstin, Livan və Suriyada aparılan əməliyyatlar da göstərdi ki, Qasım Süleymanidən başlanan proses İranın yaratdığı şiə hilalının darmadağın edilməsinə gətirib çıxardı. Digər tərəfdən ABŞ-ın son hədəfi İrandır. Bu dövlətin yaratdığı bölgəsəl təhlükəsizlik paradiqmasını sıradan çıxarmaq istəyirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual