İstanbul hava limanında tutulan qorilla balasına ad axtarılır. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qorilla balasına veriləcək adın "#BenceName" etiketinə göndərilən yazılar arasından seçiləcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, nazirliyin X sosial media hesabında İstanbul Hava Limanında Ticarət Nazirliyinə bağlı Gömrük Mühafizə qrupları tərəfindən yaxalanan nəsli kəsilməkdə olan qorilla balası ilə bağlı paylaşım edilib.
Nazirlik ictimaiyyətin maraqla izlədiyi körpə qorilla ilə bağlı paylaşımında “Çox sevilən qorilla balasının adını axtarırıq. Təkliflərinizi #Benceİsmi etiketi altında gözləyirik” ifadəsindən istifadə edilib.
Yazıda körpə qorillanın yeni fotosu da yer alıb.
Müvafiq sənədləri olmadan Türkiyəyə gətirilməyə çalışan qorilla balası Gömrük Mühafizəsi qrupları tərəfindən aparılan yoxlama zamanı yaxalanıb.
Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi əməkdaşları tərəfindən reabilitasiya və qulluq edilən qorilla balasının sağlamlıq vəziyyətinin yaxşılaşdığı və bundan sonra da müşahidə altında saxlanılacağı bildirilib.