Türkiyənin Konya şəhərində çökən yaşayış binasının dağıntıları altından bir nəfərin cəsədi tapılıb, beş nəfər isə sağ olaraq çıxarılıb.
Trend xəbər verir ki, bölgədə axtarış-xilasetmə işləri təxminən 12 saatdır fasiləsiz davam edir.
Axtarışlara AFAD qrupları, yanğınsöndürmə və 112 ilkin təcili-tibbi müdaxilə heyətləri ilə yanaşı, xüsusi təlim keçmiş itlər də cəlb edilib.
Xatırladaq ki, çökmə ilə bağlı ilkin məlumat dünən yerli vaxtla saat 20:05-də daxil olub. Saat 20:15-dən etibarən axtarış-xilasetmə işləri başladılıb.