Rusiya Federal Təhlükəsizlik Xidməti terorr aktları planlaşdıran 4 qadını saxlayıb
Yusif Nəzərli
06:20 07.02.2025
Dünya
334
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sevastopol, Voronej və Rostov-Don şəhərində Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, eləcə də yüksək vəzifəli hərbçilərə və energetika obyektlərinə qarşı terror aktları hazırlamaqda şübhəli bilinən 4 qadını saxlayıb.
APA-nın “Interfax”a istinadən xəbərinə görə, bu barədə xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Həmin şəxslərin Ukrayna ərazisində atış, partlayıcı qurğuların hazırlanması və pilotsuz uçuş aparatlarının idarəolunması üzrə təlimlər keçdiyi açıqlanıb.
Bildirilib ki, saxlanılanların yaşadıqları evdən xeyli sayda partlayıcı maddə və onların hazırlanması üçün zəruri vasitələr, təlimatlar və istintaqın marağını kəsb edən digər dəlillər aşkarlanıb.
Hələlik adları açıqlanmayan şəxslərin əməllərini etiraf etdiyi və zəruri əməliyyat-istintaq tədbirlərinin həyata keçirildiyi açıqlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi