Şərurda 18 yaşlı oğlan bıçaqlanıb, yeniyetmə saxlanılıb

Şərurda 18 yaşlı yeniyetmə bıçaqlanıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə mübahisə zəminində baş verib. Rayonun İbadulla kənd sakini, 2007-ci il təvəllüdlü C.Ə. rayonun Qışlaqabbas kənd sakini, 2009-cu il təvəllüdlü M.Ə. tərəfindən bıçaqlanıb.

O, rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə təqsirli bilinən M.Əliyev saxlanıb.

Faktla bağlı araşdırma aparılır.