
Şərofiddin Tulaqanovun “Odlar yurdu – Azərbaycan” kitabı işıq üzü görüb
Yusif Nəzərli
14:42 16.03.2025
Ədəbiyyat
789
Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin və Heydər Əliyevin heykəlləri ucaldılıb. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır, Azərbaycanda Əlişir Nəvai adına kənd var. Dövlətimizin başçısının təşəbbüsü ilə 2023-cü ildə Füzuli şəhərində Mirzo Uluqbek adına müasir tipli 960 yerlik məktəbin tikintisi də möhkəm dostluq və həmrəyliyin daha bir göstəricisi oldu.
“Odlar yurdu – Azərbaycan” kitabının müəllifi Şərofiddin Tulaqanov iki qardaş xalqın və onların liderlərinin son illərdə əldə etdiyi faydalı əlaqələr və onların əməli nəticələri haqqında dərin analitik fikirlər təqdim edir. Müəllif istinad etdiyi hər bir məlumatı mənbəyə əsaslanaraq əsaslandırır.

Kitabın müəllifi Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini geniş əhatə etməklə yanaşı, həm də Azərbaycan Respublikasının ümummilli liderləri Heydər Əliyev və İlham Əliyev, o cümlədən Mehriban xanım Əliyeva kimi dövlət xadimlərinin fəaliyyətinə dərindən nəzər salır. Bundan əlavə, Azər xalqının dövlətçilik tarixindən, xüsusilə ötən əsrdə bu ölkədə baş verən müxtəlif tarixi hadisələrin inkişafından da ətraflı bəhs edilir. Bir sözlə, müəllifin kitaba daxil olan bir çox məqalələrində ötən əsrdə Azərbaycan xalqının taleyində baş vermiş tarixi hadisələr, dövlətçilik və onun təşəkkülü tarixi mərhələ-mərhələ, xronoloji ardıcıllıqla təsvir edilmişdir. Bu prizmadan yanaşdıqda aydın olur ki, kitab təkcə publisistik materiallar toplusu deyil, həm də elmi-tarixi dəyərli əsər kimi özünəməxsus yer tutur.
Kitabda 8 noyabr 2020-ci il tarixinin müasir Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyəti, həmin gün Azərbaycan ordusunun Qarabağı necə geri alması, bu ərazilərin 30 ilə yaxın işğal altında olması, 44 günlük müharibənin sonunda Azərbaycanın 5 şəhəri, 4 qəsəbəsi, 286 kəndinin Azərbaycana qaytarılması xüsusi vurğulanır. Qeyd edək ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ölkəmizin ərazi bütövlüyü bərpa edilib, Qarabağın paytaxtı Şuşa şəhəri işğaldan azad edilib və bu tarix hər il təntənəli şəkildə qeyd olunur.
Tarixi məlumatlarla zəngin olan bu kitab oxucuya Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında məlumat verməklə yanaşı, Özbəkistan və Azərbaycan Respublikaları arasında mövcud olan, qarşılıqlı dostluğa əsaslanan çoxtərəfli əlaqələr, onların nəticələri haqqında da dəyərli məlumatlar verir.
Şuxrat Xayıtov
Filologiya üzrə fəlsəfə doktoru
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya