Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 2008-ci il təvəllüdlü T.Əsgərov sol sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.